İspaniya polisi Messiyə qarşı ittiham irəli sürüb. 

Unikal.org xarici mətbuata istinadən  xəbər verir ki, polis 2012-ci ildə apardığı araşdırmalar nəticəsində Messinin keçirdiyi xeyriyyə oyunlarından əldə edilən vəsaitin gizlədildiyini üzə çıxarıb. Xeyriyyə oyunlarından əldə olunan vəsait Leonun yaratdığı fonda köçürülürmüş.

Amma araşdırmalar zamanı məlum olub ki, 2012-2013-cü illərdə keçirilən 6 xeyriyyə oyununda 6,9 milyon dollar vəsait toplansa da, fonda cəmisi 300 min dollar köçürülüb.

Polis bununla bağlı məlumatları 2015-ci ildə məhkəməyə təqdim edib. Ancaq yetərli dərəcədə sübut olmadığı üçün məhkəmə işə baxmaqdan imtina edib.