Xəbər verdiyimiz kimi, Azəraycan Milli Paralimpiya Komitəsinin (ARMPK) nəzdində Məşqçilər Şurası və İntizam Komissiyası yaradılıb.
Həmçinin komitədə yeni təyinatlar da gerçəkləşib. Yeni təyinata görə, Kamal Məmmədov MPK-nın baş katibi vəzifəsini müvəqqəti icra edəcək.
Bəs görəsən Şaiq Həmidov niyə komitənin baş katib vəzifəsindən uzaqlaşdırılıb? Yoxsa, ARMPK-dən qovulub?
Suallarımızı şura sədri, Ş.Həmidovu müvəqqəti olaraq əvəzləyən Kamal Məmmədova ünvanladıq. Unikal.org-a danışan qurum rəsmisi keçmiş baş katibin komitədən öz istəyi ilə getdiyini deyib:
"Şaiq Həmidovun istefa ərizəsi yanvarın 5-də rəsmi olaraq qəbul olunub. Özü uzun müddət idi ki, komitədən getmişdi. Onunla komitə üzvləri arasında heç bir ziddiyət, problem olmayıb. Sadəcə başqa işləri ilə əlaqədar ARMPK-ni tərk etdi.
Mən hazırda müvəqqəti olaraq baş katib vəifəsini icra edirəm. Yanvar ayının 19-da yeni seçkilər keçiriləcək, bu zaman sözügedən vəzifəyə yeni biri təyin olunacaq.
Aygün İlqarqızı