Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin sağlam həyat tərzi xoşbəxtlikdir layihəsi Sumqayıt şəhəri 1, 6, 7, 31, 40, 42,43 saylı orta məktəblərində keçirilib. Tədbirdə həkim-eksperrt, taninmiş idmançilar şagird və müəllimlər iştirak ediblər.

Layihə rəhbəri taekvondo üzrə üçqat dünya və 2 qat Avropa çempionu, idman ustası və "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyinin sədri Aynur Məmmədovadır.

Unikal.org bildirir ki, A.Məmmədova layihə ilə bağlı belə açıqlama verib:

"Qeyd etmək istyirəm ki, məhz Sumqayıt şəhərindən kənar məktəblər (Corat qəsəbəsi, H.Z.Tağıyev qəsəbəsi, Stansiya Sumqayit ) bura daxildir. Kənar məktəbləri seçməkdə məqsədim onların daha çox mariflənməyə ehtiyacları olduğu üçündür. Bu təlimdə həkim məsləhətindən əlavə uşaqlara motivasiya təlimidə keçrilib. Motivasiyadan sonra uşaqların təhsilə, idmana, düzgün qidaya, aktiv həyat sürməyə pis vərdişlərdən uzaq olmağa daha da maraqları artıb. 7 məktəb üzrə 445 şagird bu mövzuda məlumatlandılıbr .İnşallah gələcəkdə belə təlimləri regionlarda keçirlməsini nəzərdə tuturuq. Belə təlimlər gələcəyimizin sağlam böyüməsi üçün çox vacibdir.