Mətbuatda "Barselonanın "Atletikonun futbolçusu Antuan Qrizmannla danışıqlar apardığı barədə məlumat yayılmışdı. Hətta "Atletikonun buna görə FİFA-ya şikayət edəcəyi də bildirilirdi. "Hindular "Barsanı qaydaları pozmaqda ittiham edirdi.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Barselona məsələ ilə bağlı bəyanat yayıb:
"Barselona Antuan Qrizmannla danışıqlar apardığımızla bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatı qətiyyətlə təkzib edir. Bu cür yersiz məlumatları qınayır və bildiririk ki, "Atletikoya tam hörmət edirik.
İspaniya mətbuatında yayılan məlumatda bildirilirdi ki, "Barselona 7 nömrəli formanı məhz Qrizmann üçün saxlayıb.