Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirinin növbəti turunda məğlub olub.

Unikal.org-un məlumatına görə, 33 yaşlı qrossmeyster VIII turda qara fiqurlarla hollandiyalı Aniş Giriyə qarşı oynayıb.

8 turdan sonra vəziyyət bu şəkildədir:

1-3. Şəhriyar Məmmədyarov, Maqnus Karlsen, Aniş Giri -” 5,5.

4-5. Vladimir Kramnik, Uesli So -” 5.

6-7. Vişvanatan Anand, Sergey Karyakin -” 4,5.

8-9. Maksim Matlakov, Petr Svidler -” 4.

10. Qaveyn Cons -” 3,5.

11-12. Vey İ, Fabiano Karuana -” 3.

13. Başkaran Adxiban - 2.

14. Hou İfan -” 1.