Ötən il fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə Ədliyyə Nazirliyi icra xidmətinin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.
Unikal.org-un məlumatına görə,bu barədə Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.