Tovuz sakini mübahisə etdiyi şəxs tərəfindən yandırılıb.

Unikal.org xəbər verir ki, Yuxarı Öysüzlü kənd sakini, 28 yaşlı Emil Mehralıyev yanıq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, çay evində mübahisə zəminində Niyazi adlı tanışı Emil Mehralıyevin üzərinə qaynar çay töküb və digər xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır. (APA TV)