Prezident İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın "LUKOİL şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Unikal.org-un məlumatına görə, görüşdə "LUKOİL şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub.

Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. "LUKOİL-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.