"Milanın əfsanəvi futbolçusu Corc Veanın Liberiya prezidenti seçilməsi barədə məlumat vermişdik.
Unikal.org xəbər verir ki, artıq sabiq futbolçunun andiçmə mərasimi də keçirilib. Vea mərasimdə çıxışı zamanı Liberiya xalqını birliyə səsləyib:
"Liberiyanı dəyişməyə tam hazıram. Buna görə, hamımız birlikdə çalışmalıyıq. Öz iqtisadiyyatımızı inkişaf etdirməliyik. Liberiya xalqını bütün siyası fikir ayrılıqlarını bir kənara qoyub, birlik olmağa çağırıram. Qazandığımız zəfər hamımızındı. Ölkənin inkişafına köklənməliyik.
Xatırladaq ki, karyerası ərzində "Milan, "Marsel, "Monako, PSJ, "Çelsi, "Mançester Siti kimi klublarda top qovmuş Vea, ötən ilin dekabrında keçirilmiş seçkilərdə 61,5 faiz səs toplayaraq, Liberiyanın prezident seçilib.