Birinci divizionda çıxış edən "Sabah" klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.

Unikal.org kluba istinadən xəbər verir ki, "Şaxtyor"un (Donetsk) yetirməsi, Xarkov "Metallist"inin U-19, U-21 komandalarında forma geyinən Vladlen Normaniya mövsümün sonuna kimi "Sabahla müqavilə imzalayıb.

18 yaşlı Azərbaycan əsilli Ukrayna vətəndaşı dayaq yarımmüdafiəçi mövqeyində çıxış edir.