"Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük.
Unikal.org xəbər verir ki, bunu "RİA Novostiyə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır", - deyə prezident vurğulayıb.
Dövlət başçısı bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb.
Prezident, həmçinin qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub: "Artıq silahların alındığını deyən İlham Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdiriləcəyini bildirib. "Azərbaycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur".