İngiltərənin qadınlardan ibarət yığmasına yeni təyinat baş tutub. "Mançester Yunaytedin sabiq kapitanı Fill Nevill millinin baş məşqçisi postuna əyləşib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Nevillə 3,5 illik müqavilə imzalanıb. Fill ilk dəfə baş məşqçi kimi çalışacaq.
Qeyd edək ki, Nevill əvvəllər "Mançester Yunaytedin məşqçilər korpusunda təmsil olunub. O, qardaşı Qari Nevillin də "Valensiyada köməkçisi kimi fəaliyyət göstərib.