Lökbatan qəsəbəsi, Nizami küçəsi 4-də yerləşən Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyin valideyinləri arasında dava olub.
Unikal.org "Ölkə.Az-a istinadən xəbər verir ki, Fikrət Hüseynov adlı şəxs DİN-in 102 zəng mərkəzinə müraciət edərək həyat yoldaşı Vəfa Hüseynovanın 2 valideyn tərəfindən müxtəlif bədən xəsarətləri alaraq döyüldüyünü bildirib.
Dərhal zərərçəkənin aidiyyatı üzrə 10-cu polis bölməsində izahatı alınıb. Vəfa Hüseynova bildirib ki, "onu döyən Zülfiyyə və bacısıdır".
"Övladlarımız eyni sinifdə oxuyur. 1-ci sinifdə oxuyan uşaqlar arasında mübahisə olub, bundan sonra Zülfiyyə bacısı ilə məktəbin yanında mənə müxtəlif bədən xəsarətləri yetirib.
Hazırda zərərçəkən xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.
Məhkəmə tibbi ekspertinin rəyindən sonra fakta hüquqi qiymət veriləcək.