İkinci Bundesliqada keçirilən "Darmştadt" - "Kayzerslautern" oyunu yarımçıq dayandırılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb "Kayzerslauternin baş məşqçisi Jeff Ştrasserin səhhətində yaranan problem olub. 43 yaşlı mütəxəssis ürək tutması keçirib.
O, qarşılaşmanın fasiləsində özünü pis hiss edib. Mütəxəssisin ürək tutmasından əvvəl ürəyi bulanıb, başı gicəllənib. Onu təcili olaraq xəstəxanaya çatdırıblar.
İlk hissədən sonra 0:0 olan qarşılaşma yarımçıq dayandırılıb. Məsələ ilə bağlı açıqlama yayan "Kayzerslautern rəhbərliyi bildirib ki, situasiya nəzarət altındadı.