İspaniya Sequnda təmsilçisi "Ximnastikdə top qovan millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun sağlamlığında problem yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda komandanın 5 üzvünün zədədən əziyyət çəkdiyi, onlardan birinin də İsrafilov olduğu qeyd edilib. Çiynindəki zədəni sağaldan millimizin üzvünün hazırda ürək-damar sistemindən müalicə aldığı vurğulanıb.

25 yaşlı yarımmüdafiəçi cari mövsümdə 11 oyunda şans qazanıb. 

Xatırladaq ki, anası Azərbaycanlı olan Eddi İsrafilovun 2016-cı ildə porno videosu yayılmışdı. O dostlarını güdaza verməkdə günahlandırılır. , Eddi "Eybarda çıxış etdiyi vaxt komanda yoldaşı olduğu Antonio Luna və Serxi Enriçin iştirakı ilə porno videonu internetə sızdırmaqda ittiham edilir. Bu video isə futbolçuların həbsi ilə nəticələnə bilərdi. İsrafilov son anda həbsdən qurtulmuşdu. 

Bu video çəkiləndən 1 il 3 ay sonra internetdə peyda olub və böyük qalmaqal yaradıb.