Ermənistanın "Arsax klubunun qapıçısı Samur Aqomaqomedov Azərbaycan yığmasından təklif aldığını açıqlayıb. 

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, o, bu təklifdən imtina etdiyini bildirib.

Dağıstanlı qolkiper bunun səbəbini də açıqlayıb: "Mənə Azərbaycan U-21 millisindən təklif gəldi. Lakin öz agentimə güvəndim. Hansı ki, daha əvvəl Ermənistan millisində oynayırdı. Ona güvənib "Arsaxa keçdim.

Milli komandanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu isə məlumatı təkzib edib: "Belə bir futbolçu ilə maraqlanmamışıq, heç onu tanımırıq.