"Atletikin müdafiəçisi Emerik Lyaport karyerasını "Mançester Sitidə davam etdirəcək.
Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu "şəhərlilərlə hərtərəfli anlaşma əldə edib.
Klublar arasında aparılan danışıqlar da artıq müsbət nəticələnib. Razılığa əsasən, "Mançester Siti 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək. Bu isə İngiltərə nəhənginin ən bahalı transferi kimi tarixə düşəcək. Hələlik bu baxımdan rekord 2015-ci ildə "Volfsburqdan 63 milyon avroya alınan Kevin De Bruyneyə məxsusdu.
Lyaport yaxın günlərdə yeni komandası ilə 6 illik müqaviləyə qol çəkəcək.