Azərbaycan I Divizion komandası "Sabah Gürcüstan millisinin hücumçusu Artyom Zabunu heyətinə qatıb. 

Unikal.org klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu yeni komandası ilə münasibətləri rəsmiləşdirib.

Son klubu Belarus "Krumkaçısı olan Zabun "Sabahla 1,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, "Şerifin yetirməsi olan Artyom Zabun 2016-17 mövsümündə "Viktoriyanın heyətində A divizionunun bombardiri olub - 12 oyunda 21 qol. Forvard ötən il Moldova yığmasının heyətində 1 oyunda meydana çıxıb.