Madridin "Real" futbol klubu Londonun "Tottenhem" klubunun hücumçusu Harri Keyni, "Çelsi"nin yarımmüdafiəçisi Edez Azarı və "Mançester Yunayted"in qapıçısı David de Xeanı almaq qərarına gəlib. Klub bu transferləri gerçəkləşdirmək üçün 500 milyon funt-sterlinqindən keçməyə hazırdır.
Unikal.org xəbər verir ki, Daily Mail nəşrinin yazdığına görə, "Real" Keyn və Azarın hərəsi üçün 200 milyon funt ödəmək fikrindədir. 100 milyon isə qapıçı David de Xea üçün nəzərdə tutulub.
Bundan başqa, bildirilir ki, "Real" "Tottenhem"in baş məşqçisi Maurisio Pokettinonu da baş məşqçi postuna, Zinəddin Zidanın yerinə gətirmək niyyətindədir.
İki gün əvvəl Parisin "PSJ" klubu Çempionlar Liqasının qalibi olacaqları təqdirdə hücumçusu Neymarı "Real"a verə bilcəyini açıqlayıb.
Musavat.com