Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin 12-ci turunda Böyük Britaniya təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb.
Unikal.org xəbər verir ki, turnir Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilir.
Məmmədyarov 8 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, liderlər Giri və Maqnusdan yarım xal geridədir.
Sabah, turnirin yekun mərhələsində təmsilçimiz hindistanlı Anand Vişvanatanla görüşəcək.