Norveçli Maqnus Karlsen karyerası ərzində altıncı dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi "Tata Steel Chess" şahmat turnirinin qalibi olub.
Unikal.org xəbər verir ki, Karlsen və holland Aniş Giri 13 turun yekununda hərəyə 9 xal toplayıb.
Bu səbəbdən qalib tay-brek sayəsində müəyyən edilib. Hazırkı dünya çempionu iki partiyanın yekununda daha güclü olub - 1,5-0,5.
Yekun 13-cü turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla heç-heçə oynayıb.
Yekun vəziyyət
1. Maqnus Karlsen - 9 xal.
2. Aniş Giri - 9.
3. Vladimir Kramnik - 8,5.
4. Şəhriyar Məmmədyarov -” 8,5.
5-6. Vişvanatan Anand, Uesli So -” 8.
7. Sergey Karyakin -” 7,5.
8. Pyotr Svidler - 6.
9. Vey İ -” 5,5.
10-12. Qaveyn Cons, Fabiano Karuana, Maksim Matlakov -” 5.
13. Başkaran Adhiban -” 3,5.
14. Hou İfan -” 2,5.