Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Unikal.org xəbər verir ki, millimiz Moldova yığması ilə qarşılaşacaq.

Oyunu idarə edəcək hakimlər bəlli olub. Qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə olunub. Oyunun baş hakimi Hüseyn Göçek olacaq. Ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Barış Şimşek yerinə yetirəcək.

"Mardan stadionunda keçiriləcək matç, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

30 yanvar

20:00 Azərbaycan - Moldova
Baş hakim: Hüseyn Göçek
Baş hakimin köməkçiləri: Bahattin Duran, Tarık Onqun
Dördüncü hakim: Barış Şimşek (hamısı Türkiyə)