Yanvarın 29-da İtaliya Futbol Federasiyasında prezident seçkiləri keçirilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, prezident postuna üç namizəd olub. Amma namizədlərin heç biri qalib gələ bilməyib. Seçkidə İtaliya Futbolçular Assosiasiyasının prezidenti Damiana Tomazzi, İtaliyanın 3-cü liqasının başçısı Qabriel Qravin və həvəskarlar liqasının prezidenti Kazimo Sibilya mübarizə aparıblar.
Tomazzi səsvermənin 3-cü turundan sonra mübarizədən çəkilib. Digər iki namizəd 4-cü turda da lazım olan səsi toplaya bilməyib.
Məlumata görə, İtaliya Olimpiya Komitəsi prezident postuna əlahiddə komissar təyin edəcək.
Qeyd edək ki, İtaliya yığması DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilmədikdən sonra Karlo Tavekkio federasiya prezidenti postundan istefa vermişdi.