Ukraynanın paytaxtı Kiyevdən 20 məmur Bakıya gələcək.

Unikal.org xəbər verir ki, "Depo.Kiyev"in yaydığı məlumata görə, Kiyev meri Vitali Kliçkonun göndərdiyi məmurlar Bakıda evlərin ərazilərinin və evyanların saxlanılması, bərk məişət tullantılarından istifadə, enerjiyə qənaət və binaların təmiri ilə bağlı Azərbaycanın iş təcrübəsini öyrənəcəklər.

Qeyd edilib ki, səfər fevralın 1-dən 4-dək nəzərdə tutulub.