Azərbaycan və Moldova yığmaları arasında Antalyada keçirilən yoxlama oyunundan sonra moldovalıların futbolçusu Vladimir Ambros matçla bağlı fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, hücumçu nəticədən narazı qaldıqlarını deyib:

"Çox maraqlı oyun alındı. Matçdan zövq aldım. Yaxşı çıxış etdik, xeyli qol imkanı yaratdıq. Tablodakı hesabdan yox, sərgilədiyimiz oyundan razıyıq. Yaratdığımız epizodlara əsasən, qələbə qazana bilərdik".