Xuan Mata "Mançester Yunaytedlə müqaviləsini uzadıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Matanın qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatırdı. İspan futbolçu ilə müqavilə 2019-cu ilin yayına qədər uzadılıb. Bu barədə məlumatı "Mançester Yunaytedin baş məşqçisi Joze Mourinyo verib:

"Mate bizim üçün vacib oyunçudu. O, həm mənim üçün, həm klub üçün, həm də komanda yoldaşları üçün əhəmiyyətli fiqurdu.

Biz onunla müqaviləni bir il müddətinə uzatdıq.

İspaniyalı xavbek MY-nin şərəfini 2014-cü ildən qoruyur. O, cari mövsümdə Premyer Liqada 19 oyun keçirib, 3 qol vurub, 3 qol ötürməsi edib.