Türkiyədə həvəskar "Harunustaspor futbol klubu bitkoinlə futbolçu transfer edib.
Unikal.og-un məlumatına görə, klub Ömər Faruq Kiroğlunu 0,0524 bitkoinə (547 dollar) əldə edib.
"Harunustaspor Türkiyədə Sakarya vilayət həvəskarlar liqasında çıxış edir.
Qeyd edək ki, ötən ilin dekabrında Danimarkanın yüksək hokkey liqasında çıxış edən "Ranqsted Sayer Kepital klubu oyunçulara əməkhaqqını bitkoinlərlə almağı təklif etmişdi.