Rusiya prezidenti Vladimir Putin ölkəni beynəlxalq yarışda təmsil edən idmançıları dopinq qalmaqalından qoruya bilmədiklərinə görə, onlardan üzr istəyib.

Unikal.org bu barədə Putin Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüşü zamanı bildirib.

Putin deyib ki, Rusiya hər zaman təmiz rəqabət ideyasını dəstəkləyib.

"Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın".

Rusiya prezidenti çıxışı zamanı idmançılara uğurlar arzulayaraq, onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb.