Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olduğunu açıqlayıb.
Unikal.org-un məlumatına görə, Ə. Əhmədov bunu jurnalistlərə açıqlamasında bildirib.
Ə. Əhmədov Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsinə YAP gənclərinin də töhfə verəcəyinə inandığını vurğulayıb.