PSJ-nin futbolçusu Neymar "Barselonanı məhkəməyə verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Neymar "Barsanın ona vəd etdiyi bonusu almaq istəyir. Futbolçu iddia edir ki, klubun ona 30 milyon avro borcu var və ödəməlidir.
Ancaq "Barsa rəhbərliyi bu iddiaları təqzib edir, bununla razılaşmır. Müqaviləyə görə, Neymara bonus olaraq əlavə 30 milyon avro ödənilməliymiş. Ancaq rəhbərlik iddia edir ki, PSJ-yə keçmək üçün futbolçu müqavilənin pozulmasını özü istəyib.
Buna görə də klub 75 milyon avro ziyana düşüb. "Barsa rəhbərliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini bildirib.
Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avroya keçib.