"Lesterin futbolçusu Riyad Mahrez "Mançester Sitiyə keçidinin baş tutmamasına görə məyus olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı futbolçunun dostu verib. O, xarici mətbuata açıqlamasında bildirib ki, klub rəhbərliyi 4 transfer pəncərəsi dönəmində futbolçuya komandanı tərk etmək üçün şərait yaradacaqlarını vəd etsələr də, buna əməl etməyiblər:
"Riyad son günlər baş verənlərə görə çox məyusdur. O, "Lester rəhbərliyinin addımını anlamır. Bu, artıq 4-cü transfer pənəcərsidi ki, klub ona getməyə icazə verəcəyini desə də, vədinə əməl etmir.
Riyad hesab edir ki, "Lester üçün əlindən gələni edib. Komandanın Premyer Liqaya yüksəlməsinə, çempion olmasına böyük kömək edib.
"Lesterin sabiq futbolçuları ona deyiblər ki, komandanı tərk etmək üçün müharibə aparmalıdır. Ancaq Riyad bunu istəmir. "Sitiyə keçmək onun arzusu idi. O, Qvardiolanın rəhbərliyi altında işləmək istəyirdi. Riyad klubun ona qarşı belə münasibətindən çox məyusdur.