"Ümid edirəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin razılaşdırdıqları şərtlər reallaşacaq".
Unikal.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşünün yekununda təmas xəttində ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi barədə əldə olunmuş razılaşmanı şərh edərkən deyib.
"ATƏT-in tez bir zamanda bunu tətbiq edəcəyinə ümid edirəm. Müşahidəçilərin sayını artırmaqla münaqişənin əbədiləşdiriləcəyinə dair şübhələr eşitmişəm. Amma nəzərə almaq lazımdır ki, istənilən münaqişənin istənilən həlli təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə addımlarla müşayiət olunmalıdır", - deyə S.Lavrov bildirib.