Qış fasiləsində transferlərə ən çox pul xərcləyən klublar bəlli olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, UEFA-nın Maliyyə Feyr-Pley qaydalarından sonra klublar qış fasiləsində transferlərə bir qədər az məbləğ ayırırdılar. Bu dəfə isə Avropa nəhəngləri transfer məsələsində simiclik etməyiblər.

Qış transfer pəncərəsində ən çox pul xərcləyən klubları təqdim edirik.

Barselona (İspaniya) - 131,8 milyon avro

Liverpul (İngiltərə) - 78.8 milyon avro

Mançester Siti (İngiltərə) - 69 milyon avro

Atletiko (İspaniya) - 66 milyon avro

Arsenal (İngiltərə) - 65,85 milyon avro


Ən bahalı transferlər

Filippe Koutinyo - 120 milyon avro (Liverpul - Barselona)

Vircil van Diyk - 78.8 milyon avro (Sautqempton - Liverpul)

Aleksis Sançez (mübadilə) (Arsenal - Mançester Yunayted)

Dieqo Koşta - 66 milyon avro (Çelsi - Atletiko)

Pyer-Emerik Obameyanq - 63,75 milyon avro (Borussiya D - Arsenal)