Argentina futbolunun əfsanəsi Dieqo Maradonaya ABŞ-a getmək üçün viza verməyiblər.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb kimi Maradonanın ABŞ prezidenti Donald Trampı tənqid etməsi göstərilib. Dieqo bir müddət əvvəl mətbuata verdiyi açıqlamada Trampı "oyuncaq kukla adlandırmışdı.
Maradona ABŞ-a sabiq həyat yoldaşının məhkəməsində iştirak etmək üçün gedirmiş. Məhkəmə Mayamidə keçiriləcək.
1994-cü ildə də Maradonaya ABŞ-a getmək üçün viza verilməmişdi. Həmin vaxt onun kokaindən istifadəsini əsas gətirmişdilər. O vaxtdan bəri əfsanəvi futbolçu ABŞ-da olmayıb.