Futzal üzrə Azərbaycan milli komandası Sloveniyada keçirilən Avropa çempionatında vaxtından əvvəl 1/4 finala vəsiqəni təmin edib.

Unikal.org  xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda buna D qrupunda ilk oyundaca Fransa komandası üzərində 5:3 hesablı qələbəsi ilə nail olub.

Əvvəlki oyunda İspaniya komandası ilə heç-heçə edən Fransa komandası Azərbaycan yığmasına uduzub. Millimiz 3 xal toplayıb. Komandamızın İspaniya ilə keçirəcəyi oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan yığması D qrupunun ikincisi kimi mərhələ adlayıb.