UEFA İsrailin "Hapoel (Byer-Şev) klubunun futbolçusu Şir Tsedeki cəzalandırıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Şir 8 ay müddətinə futboldan uzaqlaşdırılıb. Buna səbəb onun antidopinq qaydalarını pozması olub.
Ötən ilin avqustunda Çempionlar Liqasının təsnifat mərhələsində "Mariborla keçirilən oyundan sonra futbolçudan dopinq-test götürülmüşdü. Onun orqanizmində qadağan olunmuş maddələr aşkarlanmışdı.
Futbolçu UEFA-nın qərarından apellyasiya şikayəti vermək niyyətində deyil.