FİFA daha bir stadiona irad bildirib. Rusiyanın Kalininqrad şəhərində futbol üzrə DÇ-2018 üçün tikilən stadion beynəlxalq qurumun üzvlərini razı salmayıb. Narazılığın əsas səbəbi tualetdir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və sənədlər yayııb. Məlumata görə, FİFA müfəttişləri stadionun prezidentlər və digər VİP-qonaqlar üçün nəzərdə tutulmuş tualetindən narazıdırlar.
Bu stadionu azərbaycanlı oliqarx Araz Ağalarovun rəhbəri olduğu "Crocus Group şirkəti inşa edir. Bildirilir ki, müfəttişləri stadiondakı VVİP (very-VİP) tipli tualetlərin təmir üslubu qane etməyib. Belə tualetlər xüsusi olaraq səfirliklərin nümayəndələrinin, hökumət üzvlərinin və FİFA prezidenti Canni İnfantinonun istifadəsi üçün nəzərdə tutulur.
Xəbərdə bildirilir ki, müfəttişlər tualetlərin onların gözləntilərinə cavab vermədiyini, tualetdən çox ofis mərkəzini xatırlatdığını bildiriblər və məruzə tərtib ediblər. Rusiya nümayəndələri nöqsanları aradan qaldıracaqlarını vəd ediblər.
Kalininqrad rəsmiləri isə belə məruzənin hazırlanması barədə deyilənləri təkzib edir.