Türkiyənin məşhur müğənnisi Gökhan Özen model Victoria Klemme ilə eşq yaşayır.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, yaxın qohumlarına görə, tez-tez musiqi tədqiqatları üçün Amerikaya gedən Gökhan Özen uzun müddətir ki, geri dönmür və orada qalmağa başlayıb.

Gökhan Özen boşandıqdan sonara adı uzun müddət Amerikalı model Rachel Howell ilə çəkilib. Amma bu münasibətlər qısa sürüb. Popçu müğənni hazırda Miamidə mankenlik edən 23 yaşlı Victoria Klemme ilə birlikdə yaşadığı iddia olunur.

Sözügedən model sosyal medyada atəşli pozlarıyla da dikkət çəkir.

Xatırladaq ki, Gökhan Özen 6 ildən sonara 2016-cı ildə övladının anası Selen Sevigendən boşanıb.