Rusiya paytaxtının meri Sergey Sobyanin "Twitter səhifəsində Moskvada güclü qar və küləyin bir nəfərin həlak olması ilə nəticələndiyini yazıb.

Unikal.org xəbər verir ki, Moskva ətrafında ağacın aşması bir nəfərin həyatına son qoyub. Kəskin hava şəraiti nəticəsində daha 5 nəfər xəsarət alıb.

Moskva meri küçədə ağacların və elektrik xətlərinin altından keçməməyi məsləhət görüb.

Hazırda Moskvada qasırğa xəbərdarlığı elan olunub, qarın güclənəcəyi, küləyin sürətinin saniyədə 15-20 metrə çatacağı gözlənilir. Moskva hava limanlarında onlarla aviareys təxirə salınıb.