Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Unikal.org xəbər vedrir ki, konfransdan sonra jurnalsitlərə açıqlama verən İOC prezidenti Tomas Bax həvəskar boksla bağlı bir çox məsələlərə toxunub.

Qurum rəhbərinin bildirdiyinən görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) maliyyələşdirilməsini dayandırıb. Almaniyalı funksioner bildirib ki, İOC boksun bu il Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınma məsələsinə yenidən baxa bilər. Bax AİBA-nın idarəetmə sisteminin araşdırılmasına başlanıldığını və ali boks təşkilatı ilə bütün təmasların dondurulduğunu vurğulayıb.

2017-ci ilin noyabrında AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun qurumun prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılmasına dair qərar qəbul edib. Səbəb kimi maliyyə sərfiyyatı da daxil olmaqla, bir sıra nizam-intizam ittihamları göstərilib. Həmin ayın sonlarında Vu 11 ilədək rəhbərlik etdiyi təşkilatdan istefa verib. Onun səlahiyyətlərini AİBA-nın vitse-prezidenti Franko Falçinelli yerinə yetirib. Yanvarın sonlarında isə bu vəzifə müvəqqəti olaraq, Qafur Rəhimova həvalə olunub.

İOC İcraiyyə Komitəsi AİBA-dan aprelin 30-dək yeni hesabat gözlədiyini də bəyan edib.

Məlumata görə, AİBA 2011-ci ildə Azərbaycanın "Benkons" şirkətindən 10 milyon dollar kredit alsa da, hələ qaytarmayıb. Amma buna baxmayaraq bir müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Növbədənkənar Konqresində həmin vəsaitin ödənişi üçün vaxt verilib. Belə ki, borcun ödənilməsinə 2021-ci ildən başlanılmasıyla bağlı qərar qəbul olunub.