Argentina futbolunda daha bir insident baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Argentinanın "Eskuela Prezidente Roka klubunun futbolçusu Tsezar Paqani baş məşqçini silahla təhdid edib. O, tapançanı baş məşqçi Kristian Neyronun başına dirəyərək, start heyətinə salınmasını tələb edib. Baş məşqçi olaya belə münasibət bildirib:

"45 ildir ki, bu klubda çalışıram, hələ belə hadisə ilə üzləşməmişdim.

Hadisədən sonra baş məşqçi istefa verib, belə bir klubda çalışmaq istəmədiyini dilə gətirib.