Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində baş tutacaq Azərbaycan - Portuqaliya matçının hakimləri açıqlanıb. 

Unikal.org-un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın baş hakimi çexiyalı Andrey Çerni olacaq.
Türkiyəli Kamil Çətin 2-ci, xorvatiyalı Saşa Tomiç 3-cü hakim funksiyasını yerinə yetirəcək. Vaxta nəzarət edən hakim isə Yunanıstan təmsilçisi Vasilios Xristodoulis olacaq.
Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.