Peşəkar Amerika Futbolu Liqasında (NFL) çıxış edən "İndianapolis komandasının oyunçusu Edvin Cekson faciəli şəkildə dünyasını dəyişib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Cekson avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Ford F-150 markalı yük maşını Ceksonun avtomobilinin üzərinə çıxıb. Cekson və avtomobildə olan digər sərnişin ölüb.

Qəza törədən yük maşınının sürücüsü hadisə yerindən qaçmağa cəhd edib. Ancaq polis onu saxlayıb. Hadisə baş verərkən sürücünün sərxoş olduğu bildirilir. Onun sürücülük vəsiqəsi də olmayıb.

Bildirilir ki, Cekson avtomobilində olan digər sərnişinin halı pisləşdiyi üçün maşını yolun kənarında saxlayıb. Elə bu vaxt yük maşını arxadan avtomobilə çırpılıb.