PSJ-nin keçmiş baş məşqçisi Luis Fernandes Neymarın "Reala keçəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Fernandes Neymarın "kral klubuna keçməyəcəyinə əmin olduğunu deyib. O, bunun üçün başını da girov qoya biləcəyini vurğulayıb:
"Başımı girov qoyuram, Neymar "Reala keçməyəcək. Neymarla Kavaninin arasında heç bir problem yoxdur. O, burda xoşbəxtdir. Komanda yoldaşları da yaxşı bilirlər ki, Neymar əsl ulduzdur.