Sloveniyanın paytaxtı Lüblyanada keçirilən futzal üzrə Avropa çempionatının yarımfinal oyunları keçirilib.

Unikal.org xəbər verir ki, bu gün yarışlarda Azərbaycan-Portuqaliya komandaları üz-üzə gəlib.

Oyunun ilk dəqiqəsində hesabı millimizin üzvü Everton Kardoso açsa da, daha sonra qapımızda 8 qol gördük. Bu məğlubiyyətlə Azərbaycan futzalçıları çempionatla vidalaşıb.

Qeyd edək ki, Joze Alesio Da Silvanın yetirmələri qrup mərhələsində Fransanı (5-3) məğlub edib,İspaniyaya (0-1) uduzmuşdu.