UEFA Kipr çempionatında danışılmış oyunların olmasından şübhələnib.

Unikal.org xəbər verir ki, UEFA bununla bağlı ölkə federasiyasına müraciət edərək, araşdırma aparılmasını tələb edir.

UEFA əsasən "Etnikos - "Aris qarşılaşmasının nəticəsindən şübhələnir. Bu oyun "Arisin 4:0 hesablı qələbəsi ilə nəticələnib.

UEFA-nı şübhələnməyə vadar edən məqam bukmeker kontorlarında bu oyuna yatırılan vəsait olub. Əsasən, qarşılaşmada 2-dən çox qol vurulacağına və dəqiq hesaba pul qoyuluşu edilib.

Hazırda Kipr Futbol Federasiyasının İntizam Komitəsi məsələni araşdırır.

Millimizin üzvü Araz Abdullayev Kiprin "Anortosis klubunda çıxış edir.