"Kəpəzin əvəzedici komandası qış fasiləsində heyətinə üç futbolçu cəlb edib.
Unikal.org kluba istinadən xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçilər Qaraxan Əliyev, Ayxan Əsədov və yarımmüdafiəçi Emin Zamanovla güclənib. Bu futbolçularla 1,5 illik müqavilə bağlanıb.
Hər üç oyunçu mövsümün ilk yarısında 1-ci divizion klublarında forma geyinib. Belə ki, Əliyev "Şüvəlanda, Əsədovla Zamanov isə "Turan Tovuzda çıxış edib.
Qaraxan Əliyev və Emin Zamanov ötən mövsümü "Kəpəzin əvəzedici heyətində keçirərək bəzi oyunlarda əsas komandaya dəvət alıb.