Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.
Unikal.org xəbər verir ki, apasport.az-a bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.
Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulacaq.
Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı və "Neftçi klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin "Neftçini Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.