Futbolda daha bir qalmqal yaşanıb. Hadisə bu dəfə Paraqvayda baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkənin "Rubio Nyu klubunun prezidenti Antonio Qonsaleslə komandanın futbolçusu Bernardo Qabriel Kabaleronun gizli sevgi münasibətinin olduğu mətbuata sızıb. Belə ki, onların intim şəkili yayılıb.

İddiaya görə, foto öncə şantaj məqsədi ilə istifadə edilib, daha sonra yerli mətbuatda dərc olunub. Şəkildə prezidentlə futbolçu bir yataqdadır. Bu fotonun davamının da olduğu iddia edilib.

Qonsales bu münasibət mətbuatda yayıldıqdan sonr "Facebook profili vasitəsiylə canlı yayın edərək açıqlama verib:

"Səmimi olacam. Bernardo ilə iki il birlikdə olmuşuq. O, mənim üçün özəl bir adamdı. Yoldaşım idi.

Klub rəhbəri Bernardo Gabriel Kaballero ilə münasibətlərinin olmasını bir daha təsdiqləyərək sözlərinə belə davam edib:

"Kişi qadından min qat daha qısqancdır. O məni bir müddətdir ki təhdid edirdi. Onun bütün imtiyazları var idi: heç vaxt xəyal etmədiyi "Mercedes Benz, "Land Cruiser Prado kimi avtomobillərdə gəzirdi.

Qonsalesin sözlərinə görə, şəklin internetdə yayılması futbolçunun başqa komandaya getməsinə icazə vermək üçün göstərilən təzyiqdir. Açıqlamasından sonra Qonzalers futbolçunun klubla olan müqaviləsini cırıb atıb.