Azərbaycanın U-17 və U-19 milli komandalarının sabiq üzvü futbolçu Haqverdi Yusifovun "facebookda paylaşdığı fotosu böyük marağa səbəb olub.

Unikal.org xəbər verir ki, Premiyer Liqada fəaliyyətini dayandırmış, Hafiz Məmmədovun rəhbəri olduğu "Bakı klubunun üzvü olan H.Yusifov "Lotu Quli" ilə birlikdə çəkilmiş şəkilini paylaşıb. O, həmin şəkili sosial şəbəkədəki hesabında profil şəkli edib.

Yusifovun kriminal aləmin üzvü olan qanuni oğru "Lotu Quli ləqəbli Nadir Səlifovla bu görüntüsü geniş müzakirələrə də səbəb olub.

H.Yusifov Azərbaycan milli komandasının üzvü olub.